Qonşu ölkədə fövqəladə vəziyyət rejimi uzadıldı

Gürcüstanda yeni növ koronavirusla mübarizə məqsədilə 21 martda elan edilmiş fövqəladə vəziyyət rejimi uzadılıb.

Yenicag.az xarici mətbuata istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Georgi Qaxariya deyib.

Nazir bildirib ki, fövqəladə vəziyyət rejimi mayın 10-dək uzadılıb.

Qeyd edək ki, fövqəladə vəziyyət aprelin 21-də bitməli idi.

Loading...