Qonşu ölkədə güclü zəlzələ – 25 yaralı

İranın Luristan vilayətinin Firuzabad şəhəri ətrafında 5,1 bal gücündə zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzi məlumat yayıb.

Bildirilir ki, zəlzələ 7 km dərinlikdə qeydə alınıb.

Zəlzələ nəticəsində 25 nəfər xəsarət alıb. Məlumata görə, insanlar zəlzələ zamanı evlərindən çıxarkən xəsarət alıb.

Ölən və ciddi dağıntıların olmadğı bildirilib.