Qonşu ölkədə güclü zəlzələ

İranın cənubunda 5,9 bal gücündə zəlzələ baş verib.

Yenicag.az-ın məlumatına görə, bunu İranın Tehran Universiteti Geofizika İnstitutu Seysmologiya Mərkəzindən bildiriblər.

Yeraltı təkanların episentri təxminən 165 min insanın yaşadığı Buşehr şəhərindən 60 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

Ehtimal olunan dağıntı və tələfat haqda məlumat verilməyib.