Qonşu ölkədə koronavirusla bağlı son vəziyyət

İranda ötən sutka ərzində 81 nəfər koronavirusdan (COVID 19) ölüb. Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

Yenicag.az nazirliyə istinadən xəbər verir ki,  bununla da İranda bu virusdan ölənlərin sayı 62 223 nəfərə yüksəlib.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 7 980 nəfər koronavirisa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 838 803 nəfərə çatıb. Virus daşıyıcılarından 3 908 nəfərin vəziyyəti ağırdır.

ölkədə indiyədək 1 577 408 nəfər koronavirusdan sağalıb. 12,4 milyondan çox diaqnoz testi həyata keçirilib.

Koronavirusa yoluxma üzrə 17 rayon qırmızı və 42 rayon narıncı mavi zona hesab olunur. Qırmızı və narıncı zona hesab olunan rayonlara və bu rayonlardan digər rayonlara səfər etmək qadağandır.

COP29