İranda daha 391 nəfər koronavirusdan (COVID-19) dünyasını dəyişib.
Yenicag.az xəbər verir ki, bu barədə İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin məlumatında bildirilir.
Bununla da ölkədə COVID-19-dan ölənlərin sayı 72 875 nəfərə yüksəlib. Ötən sutka ərzində 20 731 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 555 587 nəfərə çatıb.