Qonşu ölkədə koronavirusla bağlı son vəziyyət

Gürcüstanda ötən sutkada koronavirusa 780 yeni yoluxma faktı təsdiqlənib. 1 608 nəfər sağalıb, 17 pasiyent isə vəfat edib.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Hazırkı dövrədək qonşu ölkədə COVID-19-a 247 805 nəfər yoluxub. Onların 232 993-ü sağalıb, 2 933-ü isə ölüb.