Qonşu ölkədə matəm elan edildi – Səbəb

Gürcüstanda iyulun 30-u matəm günü elan olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Baş nazir İrakli Qaribaşvili qərar imzalayıb.

Qərara əsasən, sabah Qudauri dağ kurortu ərazisində Sərhəd Polisinə məxsus helikopterin qəzaya uğraması nəticəsində həlak olan 8 nəfərin xatirəsinə ehtiram əlaməti olaraq ölkə ərazisində dövlət bayraqları endiriləcək.