İranın Qərbi Azərbaycan əyalətində zəlzələ baş verib.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Urmiya şəhərində 4,8 bal gücündə zəlzələ qeydə alınıb. Təkanın yerin 11 km dərinliyində olduğu bildirilib.
Hələlik ölən və yaralananlar barədə məlumat yoxdur.