Qonşu ölkədə zəlzələ oldu

İran zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, zəlzələ İranın cənub-şərqində yerləşən Kirman vilayətinin Faryab rayonunun 50 kilometrliyində qeydə alınıb.

Zəlzələ yerli vaxtla saat 12:40-da, 4,2 bal gücündə, 10 km dərinlikdə qeydə alınıb.

Dağıntı və tələfat haqda məlumat verilməyib.