Qonşu ölkədə zəlzələ oldu

İranın cənubunda 5,1 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Amerika Birləşmiş Ştatları Geoloji Xidməti məlumat yayıb. Zəlzələnin episentri Minab şəhərindən 104 kilometr məsafədə, ocağı isə 50 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat yoxdur.