!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qonşu ölkələrdə koronavirusla bağlı SON VƏZİYYƏT

!Reklam – Yazi

İranda ötən sutka ərzində 98 nəfər koronavirusdan (COVID-19) ölüb.

Yenicag.az xəbər verir ki, bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.

S.Sadat Larinin sözlərinə görə, bununla da İranda bu virusdan ölənlərin sayı 56 360 nəfərə çatıb.

Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 6 408 nəfər koronavirusa yoluxub. Beləliklə İranda bu virusa yoluxanların sayı 1 299 022 nəfərə yüksəlib. Virus daşıyıcılarından 4 507 nəfərin vəziyyəti ağırdır.

Sadat Lari qeyd edib ki, İranda indiyədək 1 088 456 nəfər koronavirusdan sağalıb.

İranda indiyədək 8,26 milyondan çox diaqnoz testi həyata keçirilib.

Hazırda İranda 30 rayon narıncı zona, 219 rayon sarı zona, 192 rayon isə mavi zona hesab olunur.

***

Gürcüstanda son sutkada daha 1 857 nəfərdə koronavirus aşkarlanıb, 993 nəfər müalicə olunaraq sağalıb, 24 pasiyent isə ölüb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Qonşu ölkədə COVID-19-a ümumi yoluxma sayı 241 637 təşkil edir. Yoluxanların 227 208-i sağalıb, 2 820-si isə vəfat edib.

Hazırda karantin rejimində 514, stasionar nəzarətdə 3 879 nəfər saxlanılır. 569 nəfər isə xüsusi otellərdə müalicə olunur.

***

Ermənistanda daha 355 nəfərdə koronavirus aşkarlanıb.

Məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 162 643 olub.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı daha 10 nəfər artaraq 2 941-ə çatıb. COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 707-yə yüksəlib. İndiyədək 150 602 pasiyent infeksiyadan sağalıb.

Hazırda ölkədə 393 aktiv koronavirus xəstəsi var.

***

Rusiyada son bir gündə daha 22 934 nəfərə COVID-19 diaqnozu qoyulub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Operativ Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, bununla da Rusiyada koronavirusa yoluxanların sayı 3 448 203 nəfərə çatıb. Ölkədə virusdan ölənlərin sayı isə daha 531 nəfər artaraq 62 8-4-ə yüksəlib.

Bundan başqa, Rusiyada indiyədək koronavirusa yoluxan 2 825 430 nəfər sağalıb.

www.yenicag.az

379
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv