#Qorxmasaydım

#Qorxmasaydım necə yarandı?

untitled-infographic_block_1-4Arzularından imtina etdiyin, qarşına qoyduğun məqsədlərdən geri çəkildiyin və qorxduğun üçün dəyişikliklərə qərar vermədiyin anları xatırla. Tək qalmaq, kənardan bəraət qazanmamaq, yanlış yolu seçmək, qarşındakı məqsədin öhtəsindən gəlməmək… Hər birimizin daxilində belə bir qorxu var. Və bu təbii haldır. Ən əsası bu hissin kök salmasına imkan verməmək və onu sizin yol yoldaşınıza çevirməkdir. Bəlkə də o heç sizin düşməniniz deyil? Belkə də bu hiss, arxasında əsl həyatın başladığı komfort zonasından çıxış həddini müəyyən edən həmən o kompasdı? Bəlkə də bu hissi düzgün istiqamətə yönəldərək səni daha yaxşı etməyə qadirdir? Biz də başdan qorxurduq və bu qorxu uğurlu qadınlarımızın hekayəsini sənə danışmaq üçün bugün bizi burada bir araya gətirdi! Nələrdən keçdikləri, nələrlə mübarizə apardıqları və necə qalib gəldikləri haqqda danışdılar. Səni nailiyyətlərə aparan yolda heç nəyin durdura bilmədiyini və ilk addım atmağın nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün danışdılar..

#Qorxmasaydım layihəsi kimlər üçündür?

Əminliklə bildirə bilərik ki, #Qorxmasaydım– məhz sənin üçündür! Bu layihə, qorxu hissi yaşayan, daima irəli getməyə hazır, lakin bir qədər tərəddüdü olan hər bir qadın üçündür!

COP29