“COP29-dan sonra əhalimizin çevrə ilə bağlı həssaslığı daha da artacaq”.
Bunu Yenicag.az-a videomüsahibəsində COP29-da iştirak edən Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında İctimai Şuranın üzvü, ekoloq Qorxmaz İbrahimli deyib.
Beynəlxalq iqlim tədbirinin Azərbaycanda keçirilməsinin ölkəmiz üçün əhəmiyyətindən danışan ekoloqun sözlərinə görə, COP yalnız Azərbaycan yox, dünya ilə bağlı məsələdir.
“İnsanların təbiət və iqlim sahəsində maariflənməsi istiqamətdə COP29 çox ciddi izlər buraxır. Düzdür, çoxlu sayda qonaqlar gəlir və gedir. Qalıcı olan isə mədəniyyətlərdir. COP29-dan sonra əhalimizin çevrə ilə bağlı həssaslığı daha da artacaq”, – deyə o bildirib.
Ətraflı videomüsahibədə:
Nəsimi Ələsgərli
Samir Məcidov