Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Qorxulu gələcək... - VİDEO

21-ci əsrdə Azərbaycanda valideynlərin öz qızlarını 14-16 yaşlarında ərə vermələri isə bizim cəmiyyətin intellektual səviyyəsini öldürən faktora çevrilir…

Biz niyə inkişaf etmiş xalqlar tərəfindən mədəni xalq olaraq qəbul olunmuruq? Niyə aşağılanırıq?

Səbəb olaraq müsəlman, yaxud türk olmağımızı, buna görə də hakimi-mütləq olan xristianların bizi aşağı gördüklərini iddia edirik. Halbuki səbəbi özümüzdə – hər şeydən əvvəl bizim mədəni dünya düşüncəmizi formalaşdıran ailəiçi zorakılqda, qızlarımızı uşaq yaşlarda ailə qurmağa məcbur etməkdə və bununla da daha çox instinktlə yaşayan bir cəmiyyət olmamızda axtarmalıyıq.

Qeyri-mədəni hal olan ailəiçi zorakılıq bizim üçün həm ənənəvi, həm də 21-ci əsrin dini və sosial aqressiyası kimi təzahür edir və təqdim etdiyimiz videoreportajı cəmiyyətə tutulan bir güzgü kimi də təsəvvür etmək olar.

Yenicag.az “Poliqon”un “Qorxulu gələcək” mövzusunda hazırladığı videosujeti təqdim edir:

www.yenicag.az

1494