Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qorxunc statistika: "Azərbaycanda ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur"

“Azərbaycanın milli statistikası göstərir ki, ingilis dili müəllimlərinin dörddə bir hissəsinin ali təhsili yoxdur. Hətta ali təhsili olan müəllimlər belə dərs dedikləri fənn üzrə çox az kompetensiyalara malikdirlər”.

Yenicag.az xəbər verir ki, bunu Kolumbiya Universitetinin müəllimi, professor Amra Sabic-El-Rayess Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın (IAEA: International Association for Educational Assesment) “Qiymətləndirmə və qərarvermə: fərdi institusional həll yolları” mövzusunda 45-ci illik beynəlxalq konfransın (IAEA 2019) iştirakçılarına müraciətində deyib.

Onun sözlərinə görə, təhsil sektorunda da xarici dilin öyrədilməsinə xüsusi diqqət yönəldilməlidir:

“Azərbaycanın üzləşdiyi digər və bəlkə də ən mühüm məsələ odur ki, universitetlər yalnız tədris mərkəzləridir, araşdırma mərkəzləri deyil. Universitetlərin tədqiqat institutlarına çevrilməsi təhsildə daha böyük struktur və mədəni keçidi tələb edəcək. Müsbət dəyişiklik üçün çox zaman güclü siyasi iradə lazım gəlir. Hökumətin resurs öhdəliyi və onun faktlara və tədqiqata əsaslanan yeni təcrübələr və siyasət ortaya qoyması qətiyyəti ölçülə bilən nəticələr verə bilər”.

Professor əlavə edib ki, Azərbaycan təhsilin testlə yoxlanılması sahəsində nəzərəçarpan addımlar atıb və digər ölkələr bundan nümunə götürə bilər:

“Dövlət İmtahan Mərkəzi publik hüquqi şəxs kimi Azərbaycanda təhsil sahəsində standartlaşdırılmış test imtahanlarının keçirilməsinə məsuliyyət daşıyır və təhsildə hərəkətliliyə ictimai inamın yenidən qurulmasında aparıcı rol oynayıb. Azərbaycana gələndə verdiyim ilk sual DİM-in bunu necə etməsi olmuşdu. Cavab isə belə idi: DİM subyektiv təsiri minimuma endirmək üçün texnologiyanın tətbiqindən geniş istifadə edir. Azərbaycan test imtahanı təcrübəsində şəffaflığın inkişaf etdirilməsində nəzərəçarpacaq dərəcədə uğur əldə etsə də, bu uğurun təhsilin digər sahələrinə qədər genişləndirilməsi əsas məsələ olaraq qalır. Azərbaycan bu müstəvidə informasiya texnologiyaları, mühəndislik, dayanıqlılıq, kənd təsərrüfatı və turizm bölmələri üzrə stimullaşdırıcı və çoxşaxəli müxtəlif yeni alt-ixtisaslar təqdim etməklə 2008-ci ilin qlobal iqtisadi böhranına cavab verib”./Trend/

www.yenicag.az

725
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM