Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qorxunc virusa üç baxış - Çağdaş elm və qədim mətnlərin XƏBƏRDARLIĞI

2019-nKoV adlanan yeni Çin koronavirus dəhşəti bütün dünyanı təşvişə salıb. Bu virusla bağlı müxtəlif fərziyyələr və proqnozlar irəli sürülür.

Bir-birindən tamamilə fərqlənən bəzi yanaşmaları təqdim edirik. Bu, daha dəqiq və obyektiv qiymətləndirməyə imkan verəcək.

Məşhur epidemioloqun koronavirus haqda fikri

Məşhur bir epidemioloq, professor, tibb elmləri doktoru Erik L. Feyql-Dinq hesab edir ki, 2019 nCoV koronavirusu Çin alimləri yaradıb. Onun əsas reproduktiv ritmi 3,8 Ro-ya çatır, bu, füzyon epidemiyasına uyğun gəlir.

75 faiz hallarda bu virus insanlara yoluxur və təcili tibbi yardım tələb edir.

Amerikalı professorun fikrincə, 4 fevrala qədər Vuhan şəhərində 200 minə yaxın insan virusa yoluxacaq. Bundan əlavə, bu virus artıq bütün dünyaya yayılıb. Buna görə Çinə səfərlərin azaldılması, Çindən gələn sərnişinlərin hərtərəfli yoxlanılması kimi məhdudlaşdırıcı amillər istədiyimiz qədər təsirli olmayacaq.

Vuhan laboratoriyasından yayıldığını iddia edən professor bu virusun təbiətin yaratdığı epidemiyalardan daha təhlükəli olduğunu vurğulayıb.

Başqa Amerika alimlərinin koronavirus haqda rəyi

Lakin Amerikanın ən təcrübəli peyvənd mütəxəssislərindən biri hesab olunan Vanderbilt Universitetindən (Tennessi, ABŞ) doktor Vilyam Şafner (William Schaffner) bildirib ki, Çin koronavirus təhlükəsi çox şişirdilib. Hər il planetdə yarım milyondan çox insanın tutulduğu adi qriplə müqayisə etdikdə, dünya mətbuatında və sosial şəbəkələrdə gedən müzakirəlkər və bu həyəcan təəccüblüdür.

Baylor Tibb Kollecinin viroloqu Peter Hotez də koronavirusun yayılmasının o qədər də dəhşətli bir hadisə olmadığını bildirib:

İki yüz insanın ölümünə səbəb olan təyyarə qəzası dünya mətbuatında “faciə” olaraq göstərilir. Ancaq yerli müharibələr və ya aclıq nəticəsində (məsələn, Afrikada) gündə on minlərlə insanın, o cümlədən çox sayda uşağın ölməsi barədə heç nə yazılmır.

Qriplə bağlı da eyni vəziyyət müşahidə edilir. Adi qripdən ölənlər barədə heç bir reaksiya verilmir.

Lakin hərbi laboratoriyadan yayılan vəba həyəcanverici və müzakirə olunacaq mövzudur.

 

Qədim mətnlərdə koronavirus…

7-ci əsr və ya daha qədim dövrə aid olan “Tozlu depolar” antik Tuy Bey Tu Çin əlyazmasında karonavirus barədə məlumat qeyd edilib.

Bu əlyazma ayələr şəklində izahlarla 60 təsvirdən ibarətdir.

Lakin bu əlyazma da Nostradamusun quatrainləri kimi hadisə olandan sonra başa düşülür.

Və 60 təsvirli əlyazmanın 55 təsvirinin artıq gerçəkləşdiyi bildirilir. Buna görə də araşdırmaçılar qalan təsvirlərin sirrini açmağa çalışır.

Belə ki, 56-cı ayə-təsvirdə iki qitəni təcəssüm etdirən iki əsgər təsvir edilib. Onların arasında isə balıq ovlanan okean var. Bu, donanma anlamındadır. Səmada quşlar (təyyarələr) uçur.

Bu təsvir belə izah edilir ki, bu vəziyyətdə toqquşma əsgərlərlə deyil, üstü göbələkli, altı alovlu Şərqlə Qərb arasında texnoloji müharibədir.

Yəni qlobal nüvə müharibəsi qaçılmazdır, bu, çox davam etsə də, dünyanı məhv etməyəcək.

Buna görə də, hamını təşvişə salan Çin koronavirusu ümumdünya fəlakəti ola bilməz.

60 nömrəli son “kart”ı istisna olmaqla Tuy Bey Tu əlyazmasının qalan dörd “kartı”, güman ki, sülh və rifah altında Şərq və Qərb birliyini vəd edir.

60-cı kart isə yəqin ki, tezliklə baş verməyəcək…/Qaynarinfo/

 

www.yenicag.az

842
reyting.az
www.interpress.az
MARGIN-BOTTOM

www.busaat.az
Ziraat Bank New 768×90 / 320×100