Almaniyada polis avtomobilinin qoşqusunda artilleriya topu daşıyan 60 yaşlı kişini “yığım məqsədi ilə” avtobanda saxlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə “Welt” nəşri məlumat yayıb.
Qəzet yazır ki, Belçikadan A44 avtobanında hərəkət edən bir alman Axen yaxınlığında qeyri-adi yüklə saxlanılıb.
Polisin suallarına cavab olaraq o, kolleksiyaçı olduğunu və bu yaxınlarda Belçikada 9 min avroya artilleriya topu aldığını bildirib. Bundan sonra Axen şəhərindən əlavə polis patrulu çağırılıb.
Polisin hesabatında bildirilir ki, silahın tam silahsızlaşdırılması təmin edilə bilməyib və sürücü hərbi silah haqqında qanunu pozmaqda ittiham olunub. Qeyd olunur ki, onun silahı müsadirə edilib.
Nəsimi Ələsgərli