Qoşunların gecə vaxtı yerdəyişməsi keçirildi – VİDEO

Əməliyyat-taktiki təlimlərində qoşunlar döyüş təyinatı rayonlarına gecə vaxtı çıxarılması tapşırıqlarını icra ediblər.

Bu barədə Yenicag.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Qüvvələr vaxt, marşrut, tapşırıqlar üzrə gecə və məhdud görüntü şəraitində yürüş ediblər.