Qumral kimə ATMACA ATDI? – “Bilirlər ki, kölgəmdə qalacaqlar”

“Ailəli qadınam, özümü heç şou-biznesə də aid etmirəm, onlardan uzaq gəzirəm”.

Yenicag.az xəbər verir ki, Təranə Qumralın müğənni qızı Qumral bu sözləri “Gül kimi şou”da deyib.

O, paxıllığını çəkən şou əhlinə atmaca atmaqdan da qalmayıb:

“Nəsə lazım olanda, elə tez axtarıb, məndən soruşurlar ki, bu paltarı haradan almısan, estetik əməliyyatlarını kimə etdirmisən və sair…

Çoxunun mahnısını paylaşmışam, xoş sözlər yazmışam, amma bir dəfə də olsun, paylaşımlarımı layk etməyiblər. Bunun adı paxıllıqdır, başqa adı yoxdur.

Çünki mən görünmədiyim yerlərdə onlar özlərini var sayırlar, elə bilirlər ki, mövcuddurlar. Hansısa məclisdə məni görəndə, mənimlə eyni masada oturmurlar, yerlərini dəyişirlər.

Bilirlər ki, mənimlə eyni məclisdə, eyni verilişdə olsalar, kölgəmdə qalacaqlar. Mən ailəli qadınam, özümü heç şou-biznesə də aid etmirəm, onlardan uzaq gəzirəm. Belə söz-söhbətdən, qalmaqaldan uzaq daha da rahatam”.

Qumral duet oxumamasının səbəblərini də izah edərək həyat yoldaşının ona qadağa qoyduğunu bildirib:

“Yoldaşım istəmir deyə duet oxumuram. Amma duet oxumaq istədiyim müğənnilər var”.

Nehru

COP29