Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

“Qrantların alınması ilə bağlı narahatlıq yaradan məqamlar…” -Əliməmməd Nuriyev

28 iyun 2017-ci il tarixdə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Rəhbər Komitəsinin Vaşinqtonda keçirilən toplantısında Azərbaycanın üzvlüyü məsələsi müzakirə olunub. Rəhbər Komitə Azərbaycanın əvvəlki statusda qalmasına qərar verib.

Qərarda qeyd olunur ki, Rəhbər Komitə son vaxtlar Azərbaycan hökumətinin QHT-lərlə bağlı problemlərin həlli istiqamətində atdığı müsbət addımları pozitiv qiymətləndirir və dəyərləndirir. Bu addımlar 2016-2018-cı illər üçün Açıq Hökumətin Təşviqinə dair Milli Fəaliyyət Planının hazırlanması ilə bağlı konsultasiya mexanizminin, çoxtərəfli Açıq Hökumət Platformasının yaradılması, qrant müqavilələrinin qeydiyyatı üçün “bir pəncərə” sisteminin tətbiqini ehtiva edir.

Rəhbər Komitə Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının Standartlar və Kriteriylar üzrə Altkomitəsinə 15 sentyabr 2017-ci il tarixə kimi Azərbaycan hökuməti və bütün maraqlı tərəflərin, eləcə də xarici ekspertlərin iştirakı ilə yeni tövsiyyələr hazırlanmasını həvalə edib. Azərbaycan hökumətinə də 1 il müddətində bu tövsiyyələrin icrası üçün zaman verilməsi qərara alınıb.

Beynəlxalq Açıq Hökumət Tərəfdaşlığı Təşkilatının (AHT) Rəhbər Komitəsinin bu qərarını şərh edən Açıq Hökumət Platformasının koordinatoru Əliməmməd Nuriyev bildirib ki, son 1 ildə vətəndaş cəmiyyəti və Azərbaycan hökuməti bu istiqamətdə çox məhsuldar işləyib: “AHT Rəhbər Komitəsinin qərarında bu müsbət məqamlar vurğulanıb. Qeyd edim ki, 29 mayda AHT nümayəndə heyətinin Bakı səfəri zamanı Açıq Hökumət Platforması üzvləri ilə görüş keçiriləndə, biz bütün bu məsələləri onların diqqətinə çatdırmışdıq.

Rəhbər Komitənin qərarı Azərbaycan vətəndaş cəmiyyətinin və hökumətinin uğuru kimi qiymətləndirilməlidir. Çünki MHŞT-də olduğu kimi Azərbaycanın AHT-də fəaliyyətinin dayandrılması üçün çox böyük təzyiqlər, müraciətlər vardı. Növbəti dəfə bundan siyasi şou düzəltmək üçün çox çalışırdılar. Lakin AHT Rəhbər Komitəsi çox konstruktiv qərar qəbul edərək, dialoq, müzakirə yolunu seçdi. Azərbaycan vətəndaş cəmiyyəti də məhz bu cür yanaşmanın tərəfdarıdır. Biz hesab edirik ki, əldə olunan nəticələrə istinad etməklə, söykənməklə vətəndaş cəmiyyətinin problemlərinin həlli üçün çalışmalarımızı davam etdirməliyik. Azərbaycan hökuməti də, bu məsələlərdə konstruktiv yanaşma nümayiş etdirir. Platforma, vətəndaş cəmiyyəti ilə müzakirələr aparılır. Platforma hökumətlə birgə mövcud problemlərin həlli üçün ortaq yanaşmalar tapılması üçün ardıcıl iş aparır”.

Ə.Nuriyev bildirib ki, Rəhbər Komitənin qeyd etdiyi problemləri Açıq Hökumət Platforması hər zaman hökumətlə açıq müzakirə edir: “Bu problemlərin mövcudluğunu açıq bəyan edirik. Hesab edirik ki, xarici donorlardan qrantlar alınması ilə bağlı narahatlıq yaradan məqamların müzakirəsinə, aradan qaldırılması istiqamətində iş aparılmasına ehtiyac var. Vətəndaş cəmiyyətinin bu mövqeyi hökumət tərəfindən də anlayışla qarşılanır. Bir sözlə bu istiqamətdə ardıcıl iş aparılır”.

Yenicag.az

www.yenicag.az

433
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM