Qrip əleyhinə peyvəndin “MÖCÜZƏSİ”: Ürək-damar xəstəlikləri riskini azaldır – VİDEO

Qripə qarşı peyvəndin qeyri-adi xüsusiyyəti müəyyən edilib.

Yenicag.az xarici mediaya istinadən xəbər verir ki, Amerikalı kardioloqların araşdırması zamanı qrip əleyhinə peyvəndin ürək-damar xəstəliklərinə tutulma riskini azaltdığı müəyyənləşib.

Qeyd olunur ki, meta-analiz zamanı alimlər 237 mindən çox insanın məlumatlarını araşdırıblar.

Məlum olub ki, qripə qarşı peyvənd vurdurmuş insanların ürək-damar xəstəliklərindən ölüm riski peyvənd edilməyənlərlə müqayisədə 18 faiz aşağıdır.

Bundan əlavə, tədqiqatçıların fikrincə, qrip əleyhinə peyvənd digər xəstəliklərdən ölüm riskini də 28 faiz azaldır.

Həmçinin, qripə qarşı peyvənd olunanların ürək problemləri ilə qarşılaşma riski 13 faiz az olub.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) qripə qarşı peyvəndin insanı COVID-19-a yoluxmaqdan qoruya bilməyəcəyi haqda xəbərdarlıq etsə də, alimlər hər il qrip əleyhinə peyvənd olunmağı tövsiyə edirlər.