Qrip vaksinlərinin ölkəyə gətiriləcəyi tarix AÇIQLANDI

“Növbəti bir-iki gün ərzində mövsümi qrip vaksinləri ölkədə olacaq”.

Yenicag.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, gələn həftədən ambulator tipli ilkin tibbi xidmətlər göstərən bütün müəssisələrdə həmin vaksinləri əldə etmək mümkün olacaq:
“Vaksinlər 2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün nəzərdə tutulub”./APA