Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

"Qrip viruslarını qəsdən yayırlar" - Həkimdən ŞOK İDDİA

Son zamanlar Azərbaycanda qrip xəstəliyi geniş yayılıb. Özü də bir çox hallarda xəstəliyə düçar olanların sağalması prosesi azı 2-3 həftə çəkir.

Müşahidələrə görə, son həftələr hər iki nəfərdən biri qızdırma, öskürək və halsızlıqdan əziyət çəkir. Əhali arasında belə fikirlər dolaşır ki, qrip xəstəliyinin geniş yayılmasının səbəbi xüsusi, fərqli virusla bağlıdır. Bəziləri də deyir ki, qış ərzində qar yağmadığından virusyayan mikroblar üçün əlverişli mühit formalaşıb və bunun üçün də vəziyyət bu qədər kritik hal alıb. 

Məsələni Yenicag.az-a şərh edən tibb üzrə fəlsəfə doktoru, dosent Aydın Əliyev bildirdi ki, qrip xəstəliyinin geniş yayılmasında bir sıra amillərin rolu olub:

“Həqiqətən də son zamanlar ölkədə qrip xəstəliyi müəyyən dərəcədə tüğyan edir. Onun belə geniş yayılmasına isə həm havada fərqli virusların olması, həm də havanı mikroblardan təmizləyən, onların məhvinə səbəb olan qarın yağmaması kimi amillər də səbəb olub. Bu mənada qripin yayılma səbəblərilə bağlı deyilənlər həqiqəti əks etdirir. Ümumiyyətlə, nə zaman ki, insan bədəni mikrob və virusla mübarizədə zəif olur, bu halda daha tez qripə yoluxur. İnsanın immun sistemi ətraf mühitin təsirlərinə qarşı dözümlü olduqda, xəstəliyə qarşı mübarizədə də effektli olur. İmmun sistemi zəiflədikdə insan həmin viruslara daha tez və kəskin şəkildə tutulur. İmmun sisteminin gücü ətraf mühit, ekologiya, qidadan asılıdır. Düzgün qidalanmadıqda, təmiz hava qəbul etmədikdə immun sistemi də zəifləyir ki, bu vəziyyətdən də məhz müxtəlif viruslar istifadə edərək, xəstəlik yayırlar. El arasında deyildiyi kimi, adam bu fonda “yanından yel keçən kimi xəstələnir. Ona görə də keyfiyyətli və düzgün qida qəbul etmək, fiziki işlərlə məşğul olmaq lazımdır. Digər tərəfdən, dünyada bir sıra hallarda infeksion xəstəlikləri məqsədyönlü şəkildə də yayırlar. Ola bilsin ki, son zamanlar artan gecsağalan qrip xəstəliyinin kökündə məhz bu amil də dayanır”.

ELÇİN

 

www.yenicag.az

1637
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM