Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qripə görə bağça və məktəblərdə qış tətilinin müddəti uzadıldı - Gürcüstanda

Gürcüstanın ictimai məktəblərində qış tətilinin müddəti yanvarın 18-dək uzadılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Gürcüstanın Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyi qərar qəbul edib.

Nazirlikdən bildirilib ki, qrip virusu ilə bağlı epidemiya olmasa da, tətilin müddətinin uzadılması qərarı şagird və müəllimlərin sağlamlığının qorunması məqsədilə verilib.

Qurum məktəblərdə tətil müddətində dezinfeksiya işlərinin aparılması ilə bağlı tövsiyələr də verib.

Qeyd edək ki, Gürcüstanda “donuz qripi” adlandırılan A (H1N1) virusundan 13 nəfər ölüb. Ölkədə bu virusa 158 yoluxma halı təsdiq olunub. Hazırda qonşu ölkədə 640-a yaxın şəxs qripdən xəstəxanalarda müalicə olunur. Onların 39-u Reanimasiya şöbəsindədir.

Məktəblərdə qış tətilinin müddəti yanvarın 14-dək davam etməli idi./Report/

www.yenicag.az

2942
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM