Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qripə qarşı vaksinasiya COVID-ə yoluxmanın azalmasına təsir göstərəcək?

Azərbaycanda qripə qarşı vaksinasiyanın aparılması birbaşa COVID-ə yoluxma sayının azalmasına təsir göstərməyəcək.

Yenicag.az xəbər verir ki, bunu TƏBİB-in Elmi Komitəsinin sədri, Elmi Tədqiqat Profilaktika İnstutunun direktor müavini, professor Akif Qurbanov deyib.

A.Qurbanov əlavə edib ki, vaksinasiyanın aparılması insanlarda sadəcə COVID-lə eyni zamanda qripə yoluxmanın baş verməsi ehtimalını azaldacaq:

”Bu vaksinasiya ona görə edilir ki, qriplə birlikdə yoluxmanın olduğu zaman COVID insanda daha da ağırlaşma yaratmasın: “Vaksinasiya ən azından bu sahədə müəyyən qədər işlər görəcək. Amma qripə qarşı vaksinasiyanın aparılması COVID-ə yoluxmaya birbaşa təsir göstərmir”

Qeyd edək ki, oktyabrın 12-dən 2020-2021-ci ilin payız-qış mövsümündə ölkədə qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin, həmçinin infeksiya üzərində epidemioloji monitorinqin gücləndirilməsi məqsədi ilə vaksinasiya tədbirlərinə başlanılıb. Bu vaksinasiya tədbirləri tibb işçiləri – həkim və orta tibb personalı, hamilə qadınlar, xroniki tənəffüs sistemi xəstəliyi olan 6 aydan böyük uşaqlar, orta və yaşlı insanlar üçün keçirilir. Vaksinasiya tədbirləri bir ay ərzində həyata keçiriləcək.

www.yenicag.az

271