Qripə yoluxmuş insan antibiotikdən istifadə edə bilər? – AÇIQLAMA

“Qrip zamanı bakterial fəsadların olması klinik və laborator qiymətləndirildikdən sonra xəstəyə antibiotik təyin etmək olar, lakin bunun nə vaxt, hansı dərmanın, hansı dozada və neçə müddət təyin edilməsi yalnız həkim-mütəxəssisin göstərişi əsasında olmalıdır”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyinin rəsmi “Instagram” hesabında nazirliyin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov açıqlayıb.

Onun sözlərinə görə, əgər qripli xəstədə bakterial ağırlaşma yoxdursa, antibiotikin işlədilməsi nəinki mənasızdır, həm də zərərlidir:
“İmmun sistemi normal olan qripə yoluxmuş xəstələrin böyük əksəriyyəti fəsad olmadan da özü-özünə sağalır. Antibiotik insanın immun sistemini zəiflədir, orqanlara toksik təsir göstərir, düzgün istifadə olunmadıqda isə mikrob dirəncliyinə yol açır”.

Təyyar Eyvazov qeyd edib ki, qrip viruslar tərəfindən törədilir və antibiotiklər virusa deyil, yalnız bakteriyalara təsir göstərir.

COP29