Qriqorçuk “Qəbələ”dən getdi

“Qəbələ”nin baş məşqçisi Roman Qriqorçuk istefa verib.

Yenicag.az xəbər verir ki, ukraynalı mütəxəssis bu barədə “Keşlə”yə 0:1 hesabıyla uduzduqları Azərbaycan Kubokunun final oyunundan sonra açıqlama verib.

O, “Keşlə” ilə matçın “Qəbələ”də sonuncu oyunu olduğunu bildirib.

Qeyd edək ki, R.Qriqorçuk 2015-ci ilin yanvarından “Qəbələ”ni çalışdırırdı.

COP29