Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Brüsselə işgüzar səfəri çərçivəsində Avropa İttifaqının Qonşuluq və Genişlənmə Danışıqları Baş Direktorluğunun baş direktoru Xert Yan Kupman ilə görüşüb.
Yenicag.az xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb.
Görüşdə tərəflər Erməniatan-Aİ ikitərəfli münasibətlərini müzakirə edib və gələcək əməkdaşlığın istiqamətlərini müəyyən ediblər.
Həmsöhbətlər sülhün bərqərar olması kontekstində regional blokadanın aradan qaldırılmasını, həmçinin “Sülhün kəsişməsi” layihəsini və onun həyata keçirilməsi imkanlarını müzakirə ediblər./unikal