Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur – Müdafiə Nazirliyi

Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi sərsəm fikirlər gülünc doğurur və onun hərb işində diletant olduğunu göstərir.

Yenicag.az xəbər verir ki, bu fikir Ermənistanın Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanın səsləndirdiyi fikirlərə münasibət bildirən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatında qeyd olunub.

Bildirilib ki, nəinki Azərbaycanın işğal olunmuş əraziləri, hətta Ermənistanın bütün ərazisi tamamilə Azərbaycan Ordusunun bölmələrinin nəzarəti və müşahidəsi altındadır.

COP29