İspaniyanın “Atletiko” klubu Antuan Qrizmannla müqavilənin müddətini yeniləmək qərarına gəlib.
Yenicag.az xəbər verir ki, Madrid təmsilçisi fransız forvardla 5 illik sözləşmə imzalayacaq. Bu barədə məlumatı İspaniya mətbuatı yayıb.
Qeyd edək ki, Qrizmann ötən mövsüm meydana çıxdığı 36 matçda 16 qol vurub, 8 məhsuldar ötürmə ilə yadda qalıb.