Qrizmann “Qarabağ”la oyundan danışdı: “Rəqib güclü idi”

Çempionlar Liqasının qrup mərhələsinin III turunda keçirilən “Qarabağ” – “Atletiko” matçı 0:0 hesabı ilə başa çatıb.

Yenicag.az xəbər verir ki, qolsuz başa çatan qarşılaşmadan sonra ispanların ulduz futbolçusu Antuan Qrizmann oyunla bağlı fikirlərini bölüşüb.

“”Qarabağ”la oyunda 3 xal qazanacağımıza əmin deyildik. Çünki bilirdik ki, bizi çətin oyun gözləyir. Rəqib güclü idi. Deməli, qələbə qazanmaq üçün daha çox çalışmaq lazımdır. Qol vurmaq üçün əlimizə düşən imkanlardan yararlana bilmirik. Mərhələ adlamaq üçün isə qarşıda daha 3 oyunumuz var. Sonadək mübarizə aparacağıq”, deyə fransız forvard bildirib.

COP29