Qrossi AEBA-nın Baş direktoru vəzifəsinə təyin edildi

Beynəlxalq Atom Enerjisi Agentliyi (AEBA) İdarəçilər Şurası Rafael Qrossini ikinci müddətə, 2 dekabr 2027-ci il tarixinədək Agentliyin Baş direktoru vəzifəsinə təyin edib.

Yenicag.az xəbər verir ki, bu barədə Rusiyanın Vyanadakı beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Mixail Ulyanov bildirib.

“AEBA İdarəçilər Şurası cənab Rafael Mariano Qrossini 2 dekabr 2027-ci ildə başa çatacaq ikinci müddətə Agentliyin Baş direktoru vəzifəsinə təyin edib”, – o tviter hesabında yazıb. /Report/