!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qrupa düşmək üçün əlimizdən gələni edəcəyik” – “Kopenhagen”in baş məşqçisi

!Reklam – Yazi

Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” sabah pley-off mərhələsinin cavab matçında “Kopenhagen”in qonağı olacaq.

Yenicag.az xəbər verir ki, qarşılaşmadan əvvəl Danimarka təmsilçisinin baş məşqçisi Stole Solbakken oyunöncəsi fikirlərini açıqlayıb.

“Avrokuboklarda yetərincə təcrübəmiz var. Sabah istəyimizə çata bilərik. “Qarabağ”ın milli komandada çıxış edən çoxlu oyunçusu var. Həmin futbolçular yaxşı çıxış edirlər. Məsələn, yarımmüdafiə xəttindəki 3 futbolçu 2 mövsümdür birgə oynayır. Müdafiə xəttindəki “4-lük” də fikrimcə, inamlı təsir bağışlayırlar. Amma birinci qoldan sonra hər şey əldən gedə bilər. Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaq üçün hər şeyi edəcəyik. Bu, hazırda düşündüyümüz yeganə məsələdir. Yeni oyunçular almasaq da, vəzifəmizin öhdəsindən gələ biləcəyimizi düşünürəm”, deyə skandinaviyalı çalışdırıcı bildirib.

Qeyd edək ki, “Kopenhagen” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə 22:45-də start götürəcək.

Yenicag.az

www.yenicag.az

804
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv