Quba-Qusar yolunda “KİA” aşdı – Ağır yaralılar var – FOTO

Quba-Qusar yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, qəza ötən axşam saat 21:00 radələrində qeydə alınıb. Quba-Qusar yolu ilə hərəkət olan “KİA” markalı avtomobil sürət həddini aşdığından idarəetməni itirərək aşıb və yol kənarındakı divara çırpılıb. Nəticədə avtomobildə olan 3 nəfər ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Onlardan biri Qusar rayon Zimdanmuruq sakini 1994-cü il təvəllüdlü Ələkbərov Nurlan İlyas oğlu müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qusar Rayon Mərkəzi Xəstəxanasına, digər iki nəfər 1990-cı il təvəllüdlü Babayev Cəmil və 1994-cü il təvəllüdlü Pənahov Səfa Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Hər iki şəxs kəllə beyin travması, bud sümüklərinin sınığı diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdiriliblər./Trend/