Ötən gün günorta saatlarında Quba-Xınalıq avtomobil yolunun 36-cı km-də dağdan sürüşən və yolun hərəkət hissəsinə tökülərək yolu bağlayan qaya parçaları əraziyə cəlb olunmuş xüsusi texnikaların köməyi ilə axşam saatlarında təmizlənərək hərəkət bərpa olunub.
Bu barədə Yenicag.az-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.
AAYDA-dan bildirilib ki, ərazidə yenidən qaya parçalarının uçqunu təhlükəsi olduğundan sürücülərdən sözügedən yoldan zərurət olmadığı təqdirdə istifadə etməmək tövsiyə olunur: “Təhlükə ilə bağlı ərazidə xüsusi xəbərdaredici nişanlar quraşdırılacaq”.