!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada 20 Yanvar şəhidləri anılıb - FOTO

!Reklam – Yazi

Qubada 20 Yanvar faciəsinin 29-cu ildönümü ilə bağlı anım mərasimi keçirilib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, mərasimdə Quba rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev və rayon ictimaiyyətinin nümayəndələri Quba şəhərində yerləşən Şəhidlər Xiyabanında xatirələri əbədiləşdirilən şəhidlər və “Şəhidlər” memorial kompleksini ziyarət ediblər.

Xatirə kompleksinin və məzarların üzərinə güllər qoyulub, din xadimləri Qurani-Kərimdən ayələr oxuyublar.

Qeyd edək ki, 20 Yanvar hadisələri zamanı Quba rayonundan olan 4 nəfər şəhid, 3 nəfər ağır dərəcəli bədən xəsarətləri alaraq əlil olub.

www.yenicag.az

3501
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv