!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada 48 yaşlı qadın itkin düşdü - FOTO

!Reklam – Yazi

Qubada 48 yaşlı qadın itkin düşüb.

DİN Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, Quba rayonunun Amsar kənd sakini, 48 yaşlı Güləbətin Zəkiyeva oktyabr ayının 5-də yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Güləbətin Zəkiyevanın əlamətləri belədir: Boyu 160-170 sm., dolu bədən quruluşlu, yumru sifətli, qısa saçlı, gözlərinin rəngi mavidir. G.Zəkiyeva psixi problemlərdən əziyyət çəkir.

Şəkildə gördüyünüz qadını tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

www.yenicag.az

5313
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv