!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Azərbaycanda iş adamı faciəvi şəkildə öldü - YENİLƏNDİ

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Quba rayonunun Qrızdəhnə kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac olması barədə məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “VAZ” markalı minik avtomobili təqribən 60 metr hündürlükdən dərəyə yuvarlanıb, avtomobilə yaxın ərazidə 2 nəfərin meyiti aşkar edilib.

Yanğınsöndürən-xilasedicilər tərəfindən həyata keçirilən tədbirlər nəticəsində hər iki şəxsin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Avtomobilə baxış zamanı orada heç kimin olmadığı müəyyən olunub.

Axtarış işlərini davam etdirmək zərurəti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu, Xüsusi Riskli Xilasetmə Xidmətinin və Şimal Regional Mərkəzinin xilasediciləri əraziyə cəlb olunub. Hal-hazırda Qudyalçay çayında və çayətrafı ərazidə axtarış işləri aparılır.

Əlavə məlumat veriləcək.

***

Qubada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Qrızdəhnə kəndində qeydə alınıb.

1988-ci il təvəllüdlü Valid Beydullayevin idarə etdiyi “Niva” markalı maşın dərəyə aşıb. Qəza nəticəsində sürücü və avtomobildəki sərnişin – 1970-ci il təvəllüdlü İlham Əhmədov həlak olub.

Qəza ilə bağlı araşdırma aparılır.

Qeyd edilib ki, həyatını itirən 34 yaşlı Valid Beydullayev Quba-Xınalıq yolunun kənarında yerləşən istirahət mərkəzlərdən birini idarə edib.

www.yenicag.az

627
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv