Qubada bədbəxt hadisə: dəm qazından boğularaq öldü

Quba rayon sakini dəm qazından boğulub.

Yenicag.az xəbər verir ki, hadisə şəhərin Ərdəbil küçəsi, ev 106-da baş verib.

Həmin ünvanda yaşayan, 1985-ci il təvəllüdlü Əliyev Etibar Səməd oğlu yaşadığı evin vanna otağında çimərkən hamama qaz sızması nəticəsində zəhərlənərək ölüb.

Faktla bağlı Quba rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsilə cinayət işi başlanıb./Trend/

COP29