Qubada bədbəxt hadisə – Hündürlükdən dərəyə düşərək öldü

Qusarda hündürlükdən dərəyə düşən şəxsin axtarışları başa çatıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, oktyabrın 21-də saat 18:30 radələrində Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Qusar rayonunun Buğur kəndi ərazisində, mürəkkəb relyefli yüksək dağ massivində 1987-ci il təvəllüdlü Sərxanov Sərxan Sahib oğlunun hündürlükdən yıxılaraq dərəyə düşüb.

S.Sərxanovun meyiti Şimal Regional Mərkəzinin xilasediciləri tərəfindən çətinkeçilən ərazidən çıxarılıb və aidiyyatı üzrə təhvil verilib.