Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qubada BƏDBƏXT HADİSƏ: İki uşağı elektrik cərəyanı vurdu - Ölən var

Qubada elektrik cərəyanı vurması nəticəsində bir nəfər ölüb.

Yenicag.az-ın verdiyi məlumata görə, hadisə rayonun Zərdabi qəsəbəsində qeydə alınıb.

Yerli sakinlər – 2009-cu il təvəllüdlü Polad Fərhad oğlu Fərhadov və 2008-ci il təvəllüdlü Uğur Xəyyam oğlu Bayramov kənddən kənar ərazidə yerləşən yüksək gərginlikli xəttin üzərində yerləşən ayırıcı açarın bağlı qutusuna müdaxilə edərək açıb, əlləri ilə açara toxunublar.

Nəticədə, Polad Fərhadov hadisə yerində ölüb, Uğur Bayramov isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin hazırda normal olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır./Report/

www.yenicag.az

161
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100