Qubada dəhşətli qəza – Avtomobil krana çırpıldı – Ölən var

Quba rayonunda ölümlə nəticələnən yol qəzası olub.

Yenicag.az xəbər verir ki, 1992-ci il təvəllüdlü İkinci Nügədi kənd sakini Hüseynov Şahbaba Şirinağa oğlu səhər saatlarında idarə etdiyi “VAZ-2107” markalı avtomobil ilə yol kənarında duran qaldırıcı krana çırpılıb.

Hadisə nəticəsində avtomobildə tək olan sürücü ölüb.

Faktla bağlı araşdırma aparılır./Report/