Qubada dəhşətli qəza: Ölənlər var

Quba rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Quba- Xaçmaz yolunun Quba rayonunun Alekseyevka kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Üç minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həyatını itirib.

Faktla bağlı araşdırmalar davam etdirilir./Azertag/