Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Qubada dəhşətli qəza – Video

Bakı-Quba magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

ARB TV xəbər verir ki, qəza rayonun Pirvahid kəndindən keçən hissəsində qeydə alınıb. Vəlvələ kənd sakini, 1987-ci il təvəllüdlü Qismət Adil oğlu Ağakişiyev idarə etdiyi 90-FZ-930 dövlət qeydiyyat nömrə nişanlı, “Mercedes” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və avtomobili yolun kənarındakı ağaca çırpılaraq dərəyə aşıb.

Sürücü dərhal xəstəxanaya çatdırılıb. Xəstəxanada ona ağır kəllə-beyin travması alıb və 3-cü dərəcəli koma diaqnozu qoyublar. Həkimlərin səyinə baxmayaraq bu gün günorta saatlarında sürücü keçinib.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

812
SFERA
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM