Quba rayonunda azyaşlı bədbəxt hadisə nəticəsində ölüb.
Yenicag.az xəbər verir ki, hadisə rayonun Hacıqayıb kəndində qeydə alınıb.
Kənd sakini Azər Kamilov həyatyanı sahədə ağacları dərmanlayan zaman 4 yaşlı övladı işlək vəziyyətdə olan aparata ilişib və aldığı xəsarətlərdən dünyasını dəyişib.
Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırmalar davam etdirilir.