Qubada ev yandı

Quba rayonunun Bərğov kəndində ümumi sahəsi 240 m² (hər mərtəbəsi 120 m²) olan ikimərtəbəli evin yanar konstruksiyaları 226 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az verilən məlumata görə, evin qalan hissəsi və bitişik ikimərtəbəli ev yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.