Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qubada evə basqın: Ev sahibinin əllərini bağlayıb...

Quba rayonunun 1-ci Nügədi kəndindəki evlərdən birinə girən 4 maskalı şəxs ev sahibinin əllərini və ağzını yapışqanlı lentlə bağlayaraq döyüb, oradan 13.600 manat pul və mobil telefon aparıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Yenicag.az-a verilən məlumata görə, dərhal Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb. Baş Cinayət Axtarışı və Baş İnformasiya Kommunikasiya idarələri, Təhlükəsiz Şəhər Xidməti və Quba Rayon Polis Şöbəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri, əvvəllər məhkum olunmuş H. Hətəmov və Z. İsmayılov saxlanılıb, daha 3 nəfərin isə şəxsiyyətləri müəyyən edilib.

İstintaq və əməliyyat-axtarış tədbirləri aparılır.

Loading...

www.yenicag.az

13898
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100