Qubada ikimərtəbəli ev yanıb.
Yenicag.az xəbər verir ki, hadisə Mirzəbaba Tahirov küçəsi 40 ünvanında qeydə alınıb.
Hadisə yerinə FHN nin Quba Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürən maşını və Quba Mərkəzi Rayon Xəstəxanasının təcili tibbi yardım maşını cəlb edilib.
Niftulla Yaşar oğlu Əliyevə məxsus evin yanması nəticəsində ailə üzvlərindən biri – 33 yaşlı Əlibala Yaşar oğlu Əliyev yanıq xəsarətləri alıb. Ə.Əliyev Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun vəziyyəti ağır olduğundan Bakıdakı 5 saylı Yanıq Mərkəzinə göndərilib.
İlkin ehtimala görə, yanğına elektrik naqillərində baş vermiş qısaqapanma səbəb olub.
Faktla bağlı araşdırma aparılır./Report/