!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qubada insanların arayış NÖVBƏSİ: Vətəndaşları çətin vəziyyətə salan kimdir? - VİDEO

!Reklam – Yazi

Quba Rayon Mərkəzi Xəstəxanasında sağlamlıq haqqında arayış almaq zülmə çevrilib.

Yenicag.az xəbər verir ki, kəndlərdə yaşayan əksər vətəndaşlar səhər saat 7-8 radələrində xəstəxanada ola bilmək üçün sübh tezdən yola çıxırlar. Lakin günün yarısının yolda keçməsi və ya növbə sıxlığından arayış ala bilmədən geri qayıdırlar. Hətta bəzi vətəndaşlar günlərlə uzun yol qət edib arayış almağa çalışsalar da, növbə sıxlığından yenidən əliboş geri dönürlər.

Çünki xəstənada arayışın verilməsi üçün limit 50 nəfərlikdir.

Kənddən gələn vətəndaşın hər gəlişi isə azı 10 manat xərcinin çıxmasına səbəb olur.Yaranan vəziyyətlə bağlı narazılığını bildirən vətəndaşlar bu halın haqsızlıq olduğunu bildirirlər. Xəstəxananın saat 09:00-da açılması və həkimlərin də işə bu saatda gəlməsinə baxmayaraq, vətəndaşlar arayış ala bilmək üçün iki saat əvvəldən növbəyə durmağa başlayırlar.

Özünü təqdim etməyən, xəstəxananın səlahiyyətli nümayəndəsi isə bildirib ki, siyahıda adı 51-ci olan şəxsə arayış verilmir. 50 nəfərlik limit qaydasının kim tərəfindən təyin edilməsi isə məlum deyil.

Xəstəxananın digər nümayəndəsi isə video çəkiliş edən şəxsə fiziki zorakılıq tətbiq etməklə çəkilişə mane olmağa çalışıb.

Mövzuya aid videogörüntüləri təqdim edirik:

Gülşən Şərif

www.yenicag.az

1361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv