Qubada intihar – 57 yaşlı kişi özünü asdı

Quba rayonunda intihar hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə rayonun Xucbala kəndində qeydə alınıb. Kənd sakini, 57 yaşlı Şabutov İlyas Xanlar oğlu özünü yaşadığı evin həyətindəki yardımçı tikilidən asıb.

Faktla bağlı Quba rayon prokurorluğunda cinayət işi açılıb, araşdırmalar davam etdirilir./Apa/